AİM Platforması

Aqrar sahədə innovativ texnoloji layihələr və ideyalarla qlobal festivalda iştirak edin və yarışın qalibi olun!

2022-ci ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Teknofest”Aerokosmik və Texnologiya festivalı keçiriləcəkdir.
"TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Aqrar İnnovasiya Mərkəzi “ Aqrar texnologiyalar” (AgroTech) müsabiqəsini elan edir. Müsabiqə zamanı tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.
"AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer 6000 manat, II yer 4000 manat, III yer 2000 manat təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 28 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid:  https://teknofest.az/az/competitions/

 

“Aqrar texnologiyalar” (AgroTech)" müsabiqəsinə qatılacaq iştirakçıların layihə haqqında ilkin hesabat forması: http://aim.gov.az/storage/uploads/teknofest ilkin hesbat_1649333549.pdf

 

 

 

Göstərilən platformalarda paylaş: