Ağstafada İnnovasiya Festivalı
24.06.2022-ci il tarixində Ağstafa Aqrar Sənaye Kompleksində Aqrar innovasiya festivalı keçiriləcək.
"Texnofest" Aerokosmik və Texnologiya Festivalı
2022-ci ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Teknofest”Aerokosmik və Texnologiya festivalı keçiriləcəkdir.
"TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Aqrar İnnovasiya Mərkəzi “ Aqrar texnologiyalar” (AgroTech) müsabiqəsini təşkili həyata keçirir. Müsabiqə zamanı tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.
"AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer 6000 manat, II yer 4000 manat, III yer 2000 manat təşkil edir.
15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
“Caspian Agro” sərgisi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur.
Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il 18-20 may tarixlərində “Caspian Agro” sərgisi keçiriləcək.
Qobustanda İnnovasiya Festivalı
29 aprel saat 11:00-da Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Aqrar innovasiya festivalı keçiriləcəkdir.