AİM Platforması

Əlaqə

Tez-tez verilən suallar

Mərkəzin fəaliyyət məqsədi nədən ibarətdir?

Azərbaycan Respublikasında kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, innovasiya əlçatanlığının təmin olunması, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin və üsulların təşviqi, kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi üzrə metodik və praktik dəstəyin və xidmətin göstərilməsindən ibarətdir.

Mərkəzin fəaliyyət istiqamətləri nədən ibarətdir?

-kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə yeni, innovativ ideya, təklif və layihələrin bir mərkəzdə toplanması və koordinasiyası, əldə edilən nəticələrin təhlil edilməsi, özəl və dövlət təsərrüfatlarında tətbiqinin təşkili və təbliği; -aqrar sahədə innovasiyaların tətbiqi, müasir texnologiyaların və avadanlıqların istifadəsi ilə bağlı tədbirlərin,eyni zamanda keçirilməsi, beynəlxalq və kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi; -aqrar sahədə həyata keçirilən yerli və beynəlxalq layihələrin monitorinqinin, ekspertizasının və qiymətləndirilməsinin aparılmasında iştirak; -beynəlxalq layihələrin innovasiya ilə əlaqədar komponentlərinin icrasında iştirak;

Aqrar İnnovasiya Platforması nədir?

Aqrar İnnovasiya Platforması innovativ layihələrin qəbulu, emalı və icra mərhələlərinin izlənməsini özündə ehtiva edən bir platformadır.

Aqrar İnnovasiya Platforması fermerlərə necə faydalı ola bilər?

Aqrar sahə ilə bağlı innovativ layihəyə malik olan hər bir fiziki/hüquqi şəxs özü haqda məlumatları və layihəsini platformaya yerləşdirməklə Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə baş tutan görüşlərdə layihələri şəxsən təqdim etmə imkanına malik olur.

Fermerlərə öz innovativ layihə və təkliflərini Aqrar İnnovasiya Mərkəzinə necə təqdim edə bilərlər?

Hər hansı innovativ ideya, layihə və təklifi olan hər bir şəxs Aqrar İnnovasiya Platformasına daxil olaraq qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradaraq öz layihələrini Aqrar İnnovasiya Mərkəzinə təqdim edə bilər.

Aqrar İnnovasiya Platformasından kimlər qeydiyyatdan keçə bilər?

Aqrar İnnovasiya Platformasından kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hər bir fiziki və hüquqi şəxs-fermer, kiçik, orta və iri sahibkarlıq müəssisələri qeydiyyatdan keçə bilər.

Aqrar İnnovasiya Platformasından necə qeydiyyatdan keçmək olar?

http://portal.aim.gov.az/fermer/ URL adresinə daxil olaraq şəxsi FİN, e-mail və şifrə məlumatlarından istifadə edərək şəxsi kabinet yaratmaqla qeydiyyatdan keçə bilərsiniz.

Aqrar İnnovasiya Festivalı nədir?

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermerlər və sahibkarların iştirakı kənd təsərrüfatı əhəmiyyətli innovativ avadanlıq, texnologiya və xidmətlərin bir arada nümayiş olunduğu bir tədbirdir.

Aqrar İnnovasiya Festivalı fermerlərə və maraqlı şəxslərə necə faydalı ola bilər?

Fermerlər və digər maraqlı şəxslər bu festival vasitəsilə kənd təsərrüfatlı əhəmiyyətli hər hansı bir innovativ avadanlıq, texnologiya və xidmətlərin həmin festivalda nümayiş etdirilməsi imkanı əldə edə bilərlər.

Məktub yazmaq

Aqrar İnnovasiya Mərkəzinə Təklif, Şikayət və Ərizənizi göndərin.

Bizimlə əlaqə

Ünvan:

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 91

Xəritədən ünvanı tapın
TELEFON:

(+99412) 498 73 59

E-poçt:

aim@aim.gov.az