"İlin ən yaxşı kümçüsü" müsabiqəsi keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar Komitəsi birgə müsabiqə elan edir.
Baramaçılğın və ipəkçiliyin inkişafında xüsusi nəaliyyətlər əldə etmiş fermerlər "İlin ən yaxşı kümçüsü" nominasiyası üzrə mükafatlanacaqlar.
Müsabiqənin məqsədi:
- Əmək fəaliyyətinin səmərəliliyini artırmaq üçün işçilərin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi;
- Peşəkar əmək fəaliyyətində fərqlənən mütəxəssislərin ruhlandırılması;
- Baramaçılığın inkişafında ipəkqurdunun qaydalara uyğun bəslənməsində ən yaxşı kümçünün aşkara çıxarılması, onun təcrübəsinin təbliğ və təşviq olunması;
- Texniki yeniliklərin, iqtisadi və kənd təsərrüfatı biliklərinin təbliğ edilməsi, işçi peşələrinin nüfuzunun yüksəldilməsi, intellektual potensiala malik şəxslərin üzə çıxarılması.
Baramaçılıq mövsümündə “İlin ən yaxşı kümçüsü" müsabiqəsinə namizədliyi irəli sürülən işçilər aşağıdakı tələblərə cavab verməlidir:
- Yüksək peşə hazırlığı;
- Zootexniki qaydalara əməl edilməsi;
- Məhsul dövründə əldə etdiyi nəticələr.
Mükafın məbləğı:
- 1-ci yer 1000 manat
- 2-ci yer 600 manat
- 3-cü yer 400 manat
Müsabiqənin münsiflər heyəti:
1."Aqrar Elm və İnnovasiya Mərkəzinin" direktor müavini Fərman Kərimov
2. Qax Damazıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev
3. Kənd Təsərrüfatı Nazirliyi BHİK-in təşkilat şöbəsinin müdiri Anar Tağıyev
4. Kənd Təsərrüfatı Nazirliyi BHİK-in baş mühasibi Mehman Məmmədov
5. "Aqrar Elm və İnnovasiya Mərkəzi" HİK-nin sədri Talıb Hüseynov
Müsabiqənin gedişatı və nəticələri mətbuat orqanlarında işıqlandırılacaq.