AİM Platforması

İlin ən yaxşı gənc alimi müsabiqəsi

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı (BHİK) və Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar Komitəsi birgə "İlin ən yaxşı gənc alimi" müsabiqəsi elan edir. Müsabiqə elmi tədqiqatların aparılmasında fəal iştirak edən istedadlı gənc tədqiqatçıların müəyyənləşdirilməsi və dəstəklənməsi, gənc alimlərin ictimai statusunun yüksəldilməsi, yaradıcılıq fəaliyyətlərinin stilmullaşdırılması, əmək fəaliyyətinin cəlbedici formalarından biri kimi aqrar elmin təbliğ olunması, iqtisadiyyatımızın inkişafındakı rolunun artırılması məqsədilə keçirilir.
Müsabiqədə 40 yaşadək gənc alimlər, elmi fəaliyyətlə məşğul olan magistrantlar, doktorant və dissertantlar, elmi dərəcəsi olmayan gənc tədqiqatçılar, fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Müsabiqənin yekununda aqrar sahədə fəal elmi fəaliyyət göstərən, yüksək elmi nəticələrə nail olan, əsərləri nüfuzlu elmi jurnallarda və nəşrlərdə dərc edilən, elmi işinə və ixtiralarına istinad olunan, həmçinin yüksək elmi-təşkilatı fəaliyyəti ilə fərqlənən alimlərin, elmi işçilərin işləri qiymətləndiriləcək.
Qiymətləndirmə prosesində ktablar, monoqrafiyalar, icmallar, ixtiralar, potentlər, müəlliflik şəhadətnamələri (2021-ci ilə qeydə alınmış), elmi işlərə 2021-ci ildə olunan istinadlar, beynəlxalq əməkdaşlıq, beynəlxalq təcrübənin və aqrar sahədə innovasiyaların ölkədə tətbiqinə dair faktlar, ölkədaxili və beynəlxalq elmi konfransların bölmələrində çıxışlar, ölkədaxili və xarici qrantlar üzrə aparılan layihələrdə və təmsil olunduğu müəssisənin elmi və ictimai işlərində fəal iştirak əsas götürləcək.
“İlin ən yaxşı gənc alimi” adına layiq görülənlərə diplom və pul mükafatı təqdim olunacaq. 1-ci yerin sahibinə 2000 manat, 2-ci yerə 1500 manat, 3-cü yerə 1000 manat, 4,5,6 və 7-ci yerlərin sahiblərinin hər birinə 500 manat pul mükafatı verləcək.
Müsabiqənin gedişatı haqında məlumat və nəticələr Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin Həmkarlar İttifaqlarının qəzet və saytlarında, digər kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Müsabiqənin gedişatına nəzarət edən komissiya həm də onun nəticələrini qiymətləndirəcək.

Göstərilən platformalarda paylaş: