“GreenAgroHack” hakaton yarışması ilə bağlı növbəti məlumat sessiyası Mingəçevir Dövlət Universitetində keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Texniki Universitetinin, “Bilişim Vadisi” Bakı Mərkəzinin təşkilatçılığı və bir sıra İnkubasiya və Akselerasiya Mərkəzlərinin tərəfdaşlığı ilə keçirilən infosessiyada universtitetin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, riyaziyyat, ekologiya, turizm və iqtisadiyyat fakültələrinin tələbələri iştirak ediblər.
Görüşdə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, KTN Beynəlxalq Əlaqələr şöbəsinin protokol sektorunun müdiri Toğrul Qafarbəyli, “Bilişim Vadisi” Bakı Mərkəzinin rəhbəri Qamət Kərimov çıxış ediblər.
Çıxış zamanı hakatonda iştirak şərtləri barədə geniş məlumat verilib və təbələri aktiv şəkildə hakatonda iştiraka dəvət ediblər.
Qeyd edilib ki, 15-17 may 2024-cü il tarixində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində təşkil ediləcək hakaton yarışmasında komandalar “2024-cü i Dünya Həmrəyli ili” çərçivəsində həmrək şəkildə 5 nəfərdən ibarət olmaqla bir sıra müxtəlif universitetlərin birgə iştirakı ilə formalaşdırılacaqdır.
Həmçinin çıxış zamanı tələbələrin nəzərinə çatdırılıb ki, hakatonda iştirak üçün ən az iki fərqli universitetin tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət (minimum 1 xanım olmaqla və ötən illərin məzun tələbələrindən 1 nəfər mentor qismində) komandalar və ya fərdi şəkildə müraciət etmək olar.
Tələbələrə yarış zamanı komandaların ekoloji təmiz qida və şirələrlə təmin olunacağı da bildirilib.
Qeyd edək ki, “GreenAgroHack” “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində keçiriləcək 29 saat 29 dəqiqə 29 saniyə müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllərin tapılması və hazırlanması müsabiqəsidir.