Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan 3 nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 28 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Təltif edilənlər arasında Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Hacıyeva Sevda Taleh qızı da yer almışdır.
Aqrar İnnovasiya Mərkəzinin kollektivi adından Sevda xanımı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!