AİM Platforması

Qubada “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövsuzunda elmi konfrans keçirilib

Qubada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövsuzunda elmi konfrans keçirilib. Aqrar İnnovasiya Mərkəzi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi tədqiqat institutlarının əməkdaşları iştirak edib.

Tədbirdən  öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi liderə həsr olunmuş videoçarx izlənilib. 

Konfransda Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı çıxış edərək Ulu öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sisteminin qurulması və inkişafında da müstəsna xidmətlərinin olduğunu vurğulayıblar.

Konfransda “İqlim dəyişmələri və kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar” və “Kənd təsərrüfatında sudan səmərəli və dayanıqlı istifadə üçün innovativ həllər” mövzularında panel müzakirələri keçirilib.

 Panel müzakirələrində iştirak edən konfrans iştirakçıları “Hava çirklənməsinin biomonitorinqi”, “Bitki toxuma kulturası texnologiyasında nanomaterialların tətbiqi”, “Nanotexnologiyanın mikroelektronikada tətbiqi”, “Müxtəlif nanohissəciklərin meyvə ağaclarının məhsuldarlığına təsiri” və başqa mövzularda məruzələrlə çıxışlar ediblər. 

Konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Tədbirin sonunda birgə əməldaşlığa dair memorandum imzalanıb.

Göstərilən platformalarda paylaş: