Bakı Mühəndislik Universitetində (BMU) “GreenAgroHack” hakaton yarışı ilə bağlı infosessiya keçirilib.
İnfosessiyada Bakı Mühəndislik Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “FemTech” Akselerasiya Mərkəzinin, “SABAH.HUB” İnnovasiya Mərkəzinin nümayəndələri Güllər Şahidli və Hamed Noorozi çıxış edərək sözügedən müsabiqənin önəmi və şərtləri barədə məlumat veriblər. Çıxışlar zamanı hakatonun keçirilmə şərtləri və qeydiyyat qaydalarına, eyni zamanda karyera inkişafı baxımından yarışmanın yaratdığı fürsətlərə diqqət çəkilib.
Tədbirdə 15-17 may tarixlərində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi”sində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutacaq müsabiqə ilə bağlı əsas məqamlar, formalaşacaq komandalar barədə dolğun məlumat verilib.
Görüşdə tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.