AİM Platforması

Aqrar İnnovasiya Mərkəzi Məşğulluq Forumunda stendlə təmsil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Ağdaş rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Ağdaşda Region Gənclərinin Məşğulluq Forumu keçirilib.

Forumda gənclərə müasir və gələcək yönümlü peşələr, əmək bazarının tələbləri və karyera imkanları barədə məlumat verilib, panel müzakirələrdə isə müxtəlif sahələr üzrə çıxışlar təqdim olunub. Forum çərçivəsində Aqrar İnnovasiya Mərkəzi də stendlə təmsil olunub.

Forum çərçivəsində “Gələcəyin iş yerləri və müasir peşələr: Dövlət dəstəyi mexanizmləri”adında konfrans keçirilib.

Mərkəzin direktoru Anar Cəfərov “Aqrar innovasiyalar və region gəncləri üçün karyera imkanları” mövzusunda spiker qismində çıxış edərək gənclərlə aqrar sahədə innovasiya və gələcək peşə imkanları barədə fikirlərini bölüşüb.

Göstərilən platformalarda paylaş: