Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 çərçivəsində “Kənd təsərrüfatı – iqlim dəyişiklikləri və məhdud torpaq resursları şəraitində fermerliyin gələcəyi” mövzusunda görüş keçirilib.
Tədbirin açılışında çıxış edən COP29 İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və monitorinq şöbəsinin baş məsləhətçisi Elton Məmmədov və Nazirliyin əməkdaşı Nigar Xıdırova iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu, beynəlxalq əməkdaşlığın əhəmiyyəti, kənd təsərrüfatında mövcud çağırışlar və müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.
Daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik və monitorinq şöbəsinin baş məsləhətçisi Elton Məmmədov “Dəqiq Kənd Təsərrüfatı və Torpaq Məlumatları: Üstünlüklər və Çağırışlar, Təzyiq Altında Torpaq Sağlamlığı” mövzusunda torpaq və əkinçilik məlumatlarının üstünlükləri, çağırışları və torpaq sağlamlığı, Nazirliyin əməkdaşı Nigar Xıdırova “Texnologiya Sərgisi: Aqrotexnologiya” mövzusunda video nümayişlərlə innovativ aqrotexnologiyalar barədə məlumat verib, TürkAz Savunma MMC-nin direktoru Gökhan Aybattı isə “Müasir əkinçilik texnologiyaları: kənd təsərrüfatı texnikasının avtomatlaşdırılmış naviqasiyası” mövzusunda yeni texnologiyaların tətbiqi və avtomatlaşdırılmış kənd təsərrüfatı texnikasının imkanlarını iştirakçılara təqdim edib.
Tədbir sual-cavab formatında davam edib.