AİM Platforması

Toğrul Qafarbəyli

Toğrul Əlisəfa oğlu Qafarbəyli 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bakalavr, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə magistr pilləsini bitirib. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövət və bələdiyyə idarəetməsində elektron hökümət" ixtisası üzrə müdavim-magistr pilləsini bitirib.

2003-2019-cu illərdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksəktexnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-2024-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin aparatında Protokol sektorunun müdiri vəzifəsində çalışıb.

2024-cü ilin 1 oktyabr tarixindən  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.