AİM Platforması

Hüseyn Mehdi

Hüseyn Tahir oğlu Mehdi 1993-cü ildə anadan olub. 2014-cü ildə Anglo-American Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə II ali təhsilini alır.

2016-2017-ci ildə AFB Bank ASC-də mütəxəssis, 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Borcunun İdarə Edilməsi Agentliyində aparıcı mütəxəssis vəzifələrində çalışıb.

2019-2021-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin “İnnovativ layihələrin idarəedilməsi” şöbəsinin müdiri, 2021-2023-cü illərdə Aqrar İnnovasiya Mərkəzinin “Layihələrin idarəedilməsi” şöbəsinin müdiri vəzifələrində çalışıb.

2023-cü ilin 1 fevral tarixindən  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.