Anar Əlirza oğlu Cəfərov 1987-ci ildə anadan olub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr pilləsini bitirib. 2017-ci ildə Azərbaycan Dövlət İqitsad Universitetinin doktorantura pilləsini başa vurub.
2012-2019-cu illərdə bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb.
2019-2021-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin “Aqrar innovasiya siyasətinin təşkili” şöbəsinin müdiri, 2021-2022-ci illərdə Aqrar İnnovasiya Mərkəzinin direktor müavini, direktor vəzifəsini icra edən vəzifələrində çalışıb.
2022-ci ilin 2 noyabr tarixindən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.