“Rusiya və Azərbaycan: qida və kənd təsərrüfatı maşınqayırma sahəsində əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Rusiyanın ixtisaslaşmış şirkətlərinin və Aqrar İnnovasiya Mərkəzinin rəhbəri iştirak edib.
Masa ətrafında Rusiya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Daha sonra Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin nümayəndələri ilə Aqrar İnnovasiya Mərkəzi arasında görüş keçirilib. Görüşdə Mərkəz rəhbərliyi tərəfindən Aqrar İnnovasiya Mərkəzinin faəliyyəti, regionlarda keçirilən festivallar barədə məlumat verib. Qonaqlar tərəfindən bölgələrdə keçirilən festivallar maraqla qarşılanıb.
Görüşün sonunda Rusiyanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərinin növbəti Aqrar İnnovasiya Festivallarında iştirakı barədə razılığa gəlinib.