AİM Platforması

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə “AgroX” müsabiqəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə kənd təsərrüfatı sahəsində öz biznes ideyalarını və innovativ bizneslərini inkişaf etdirmək istəyənləri tanıtmaq və onlara dəstək verilməsi yönündə “AgroX” müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərindən olmuş “Mr.Bee” layihəsi yerli bal istehsalçıları və müştərilər arasında birbaşa təmas qurulması üçün platformanın yaradılması məqsədi daşıyır ki, yarışmadan sonra bu layihə çərçivəsində İSO stardartlarına uyğun qablaşdırma müəssisəsi yaradılmışdır.

Aqrar sahədə startapların inkişafı və tətbiqinin genişləndirilməsi məqsədilə "Mr.Bee" layihəsi Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində Bakıda keçirilən arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasında arıçılara tanıtımı keçirilib.

Qeyd edək ki, yaxın günlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahədə keçirilmiş müsabiqə və yarışmaların qalibi olan startapçılarla görüş olub, layihələr ilə bağlı zəruri dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib.

Göstərilən platformalarda paylaş: