Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Kabarda-Balkar Respublikasının İxrac Mərkəzinin və Tümen vilayətinin “Altegris” şirkətinin rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə Mərkəzin rəhbərliyi qurumun fəaliyyəti, icra olunan layihələr və regionlar üzrə keçirilən İnnovasiya festivalları, həmçinin işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının potensialı və bu potensialın realllaşdırılması imkanları barədə məlumat verib.
Həmçinin görüşdə Bazis şirkətinin ağıllı bağ texnologiyaları, Kabarda-Balkar Respublikasının digər şirkətləri tərəfindən istehsal olunan kənd təsərrüfatı təyinatlı məhsulların Azərbaycanda tətbiq olunma imkanları müzakirə olunub. Sözügedən şirkətlər ölkəmizin bazarında təmsil olunması məqsədilə birgə pilot layihələrin həyata keçirilməsinə maraqlı olduğunu bildiriblər.
Görüşün sonunda pilot layihənin müzakirəsi məqsədilə “Bazis” şirkətinin mütəxəssisləri və yerli mütəxəssislərin iştirakı ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəlinib.