AİM Platforması

Aqrar İnnovasiya Mərkəzi ilə Avropa İttifaqının ekspertləri arasında görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə “Avropa İttifaqının Azərbaycan Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin kənd təsərrüfatı komponentinin ekspertləri arasında görüş keçirilib.

Görüş zamanı Mərkəzin rəhbərliyi tərəfindən qurumun fəaliyyəti, icra olunan layihələr və aqrar innovasiyaları təşviq edən startap, müsabiqə  və yarışmaların keçirilməsi barədə məlumat verilib.

Görüşdə  Lənkəranda “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi və regionun sosial-iqtisadi inkişafının əhəmiyyətindən danışılıb, həmçinin işğaldan azad edilmiş ərazilərdə iqtisadi səmərəliliyi yüksək, alternativ yem və qida ehtiyatı kimi nəzərdə tutulan bitkilərin becərilməsi və digər innovativ layihələr barədə qarşı tərəfə məlumat verilib.

Görüşün sonunda Mərkəzin təşkilatçılığı ilə keçirilən Aqrar İnnovasiya Festivalının növbəti təqdimatına Avropa İttifaqının Azərbaycan Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi layihəsinin komanda üzvlərinin cəlb olunması barədə razılığa gəlinib.

Göstərilən platformalarda paylaş:

Digər