Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Daşkənd şəhərində “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“İnnoWeek 2022”) keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəsmisi təmsil olunub. Mərkəzin rəhbəri beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının katibliyi tərəfindən təşkil olunan “Ağıllı şəhər və ağıllı kənd məsələləri üzrə ixtisaslaşmış mütəxəssislər üçün konfrans”da və “Yaşıl innovasiyalar sahəsində texniki əməkdaşlıq mexanizmləri” mövzusunda panel müzakirədə iştirak edib.
Beynəlxalq tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Qazaxıstanın İnnovasiyaların İnkişafı üzrə Milli Agentliyi - “Qazinnovations” arasında aqrar sahədə texnolji yeniliklərin transferinə dair əməkdaşlıq memorandumu imzalanıb.