AİM Platforması

Aqrar İnnovasiya Mərkəzi tərəfdaş qurum kimi " Yay Fest" layihəsi çərçivəsində düşərgənin açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra edilən “Yay Fest” layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə keçirilən “İdeyadan biznesə” mövzusunda düşərgənin açılış mərasimi olub.

RİİB-in “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində təşkil olunan düşərgəyə respublikanın müxtəlif regionlarından innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən gənclər qatılıb.

Rəsmi açılış mərasimində çıxış zamanı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbərliyi tərəfindən ölkəmizdə biznes ideyalarının həyata keçirilməsində gənclərə dəstəyin göstərilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi ilə bağlı məlumat verilib.

Mərasimdə çıxış edən qonaqlar bu cür layihə və tədbirlərin gənclərin hərtərəfli inkişafı, onların dünyagörüşünün, bilik və bacarıqlarının artırılması, eyni zamanda yay mövsümündə asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətindən danışıblar.

Göstərilən platformalarda paylaş:

Digər