Aqrar İnnovasiya Mərkəzi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında “Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil olunacaq təlim barədə görüş keçirilib.
Görüş zamanı yaxın aylarda başlanması nəzərdə tutulan təlimlərə dair təşkilati məsələlər, xarici və yerli təlimçilərin iştirakı ilə təlim modullarının və materiallarının hazrlanmasına dair müzakirələr aparılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd aqrar innovasiyaların təşviq edilməsi, bu sahədə ideyası və layihəsi olan startap və sahibkarlara təlim və mentorluq xidmətlərinin göstərilməsi vasitəsilə biznes məsləhət xidmətlərinin inkişaf etdirilməsidir.
Görüşün sonunda hər iki tərəf öz növbəsində sözügedən əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri barəsində fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Kənd təsərrüfatında innovativ sahibkarlıq üçün bacarıqların artırılması proqramı” Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində həyata keçirilir.