AİM Platforması

Aqrar İnnovasiya Mərkəzi “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda tərəfdaş qurum kimi iştirak edib.

“İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada tərəfdaş qurum kimi Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Anar Cəfərov iştirak edib.

Regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirilən tədbirdə ekspertlərin məruzələri dinlənilib, sahə üzrə mövcud çağırışlar, potensial əməkdaşlığın formalalaşdırılması və digər məsələlər müzakirə olunub, təqdimatlar keçirilib və mövzu üzrə suallar cavablandırılıb.

Göstərilən platformalarda paylaş:

Digər