Meyvəçilik və Çayçılıq ETİ

Elmi əməkdaşlıq əlaqələri

2020-ci ildə Rusiya Federasiyasının Ümumrusiya Gülçülük və Subtropik Bitkilər ET İnstitutu və Dağıstan ET Kənd Təsərrüfatı İnstitutu, Belarus ET Bağçılıq İnstitutu və Belarus Kənd Təsərrüfatı Akademiyası, İspaniyanın “Viveros Veron”, İngiltərənin “Meosis” şirkəti ilə bağlanmış müqavilələr əsasında meyvəçilik, tingçilik və elmi kadrların hazırlanması sahəsində elmi əməkdaşlıq əlaqələri müvəffəqiyyətlə davam etdirilir. Belə ki, Rusiya Federasiyasının “Orqanik Biotexnologiya” Məhdud Məsulliyyətli Cəmiyyəti ilə üzvi minerallar əsasında kompozit şəklində su saxlama qabiliyyətli BİOPERLİT substratının hazırlanması elmi tədqiqat işinin aparılması üzrə, İspaniyanın “Viveros Veron (Cesus Veron və Sia)” şirkəti ilə Azərbaycanın xalq seleksiya sortlarından istifadə etməklə hibridləşmə yolu ilə yeni sortların əldə olunması üzrə və Estoniyanın “Qida Fermentasiya və Texnologiyalar Mərkəzi” şirkəti ilə elmi tədqiqat işlərinin aparılması və kadr hazırlığı sahəsində əməkdaşlıq müqavilələri bağlanmışdır.