Xəbərlər

Aqrar İnnovasiya Mərkəzi innovativ ideyaların təqdimatına dair növbəti görüş keçirib

17.07.2021

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını almış innovativ layihələrin təqdimatına dair növbəti onlayn görüş keçirilib. Sözügedən görüşdə 43 region üzrə 120-dən artıq fermer və sahibkar iştirak edib. Tədbirdə “Üzümün emalı zamanı yaranan tullantılardan istifadə edilməsi və üzüm yağının innovativ istehsal texnologiyası”, “Superintensiv zeytun bağlarının salınması” layihələrinin təqdimatları iştirakçılara təqdim olunub. Görüş zamanı zeytunçuluq sahəsində innovativ bağsalma texnologiyalarının tədbiqi, zeytun bağlarında məhsuldarlığın yüksəlməsi, su və gübrəyə qənaət olunması eləcə də yüksək bioloji  və qida dəyərinə malik üzüm yağının alınması barədə iştirakçılara geniş məlumat verilib. İnnovasiya təşəbbüskarlığının təbliği və təşviqi məqsədilə Mərkəzin təşkilatçılığı ilə bu istiqamətdə növbəti görüşlərin keçirilməsi nəzərdə tutulur.