Xəbərlər

İnnovativ layihələrin təqdimatına dair fermerlərlə görüş keçirilib

12.07.2021

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları və fermerlərin iştirakı ilə zoom platforması üzərindən aqrar sahədə innovativ yeniliklərə dair maarifləndirici görüş keçirilib.
41 DAİM-dən 120-ə yaxın fermer və sahibkarın iştirakı ilə keçirilən görüşdə “Lavanda bitkisinin kənd təsərrüfatında əhəmiyyətliliyi”,    “Maralfalfa və ya fil otu bitkisi alternativ qaba yem mənbəyi kimi” layihələrinin təqdimatı həyata keçirilib.
Görüşdə təqdimatçılar tərəfindən aromatik lavanda yağının istehsalı, arıçılıq təsərrüfatının yaradılması, lavanda əkini həmçinin, Azərbaycanda maralfalfa bitkisinin geniş yayılması və kənd təsərrüfatında tətbiqi, az torpaq sahəsindən istifadə etməklə yüksək məhsuldarlığın əldə edilməsi barədə geniş məlumat verilib.
Fermerlərin və sahibkarların böyük marağına səbəb olan təqdimatdan sonra onların sualları təqdimatçılar tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Aqrar İnnovasiya Mərkəzi tərəfindən ənənə halını almış bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.