Xəbərlər

İsrail texnologiyasının tətbiqi ilə bağlı fermer və sahibkarlarla görüş keçirilib

12.07.2021

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində  innovativ  yeniliklərin təqdimatına dair onlayn görüş keçirilib.

60 region üzrə 220-ə yaxın fermer və sahibkarın iştirakı ilə keçirilən görüşdə “TerraVerde Agriculture” LTD şirkətinin rəhbəri Conatan Spenser  tərəfindən  İsrail təcrübəsinə əsaslanaraq “Yüksək keyfiyyətli süd və süd məhsullarının yerli istehsalı” layihəsinin təqdimatı həyata keçirilib.

Təqdimat zamanı yüksək məhsuldarlığa malik cinslər,  müasir sağım otaqlarının tətbiqi, süd istehsalında İsrail texnologiyasının üstünlükləri, kiçik və orta fermerlər üçün əhəmiyyətliliyi, heyvandarlıq üçün yem ehtiyatı bazasının formalaşdırılması və yüksək keyfiyyətli süd istehsalına inteqrasiya imkanları barəsində geniş müzakirələr aparılıb.

Təqdimatçılar tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. 

Tədbirin sonunda innovativ yeniliklərə dair növbəti görüşlərin keçirilməsi nəzərdə tutulduğu bildirilib.