Xəbərlər

Baytarlıq Elmi-Tədqiqat İnstitutununda Lənkəran Dövlət Universitetinin Baytarlıq fakultəsinin 5-ci kurs tələbələrinə təlim-təcrübə keçmişdir

07.05.2021

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin müdiri A.A.Əzizova tərəfindən Lənkəran Dövlət Universitetinin Baytarlıq fakultəsinin 5-ci kurs tələbələrinə təlim-təcrübə keçmişdir. Tələbələrə onurğasızların təsnifatı, morfologiyası, endo və ektoparazitləri, onların kənd təsərrüfatı, ev heyvanları və quşlarda əmələ gətirdikləri xəstəliklər haqqında ümumi məlumat verilib. Yastı qurdlar tipini əhatə edən trematod və sestodlar, yumru qurdlar tipinin nematodlar sinfinin  helmintozlara səbəb olan törədicilərinin növ tərkibi, inkişaf tsikli, eləcə də invaziyalarda əmələ gələn kliniki əlamətlər, patogenez, xəstəlikdən tələf olmuş heyvanlarda potoloji-anotomik dəyişikliklər haqqında ətraflı məlumatlar verilib. Şöbənin böyük elmi işçisi R.Məmmədova isə tələbələrə “İri və xırda buynuzlularda qan-parazitar xəstəlik törədicilərini keçirən gənələrin cins və növ tərkibi haqqında məlumat verdi.