Xəbərlər

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.d., dos. Vüqar Süleyman oğlu Səlimovun yeni kitabı nəşr olunub

28.04.2021

İnstitutun Elmi Şurası tərəfindən müzakirə edilmiş və 30 iyul 2019-cu il tarixli (05 saylı protokol) qərar ilə nəşr olunması məsləhət olunmuş fermerler üçün tövsiyə xarakteri daşıyan “Üzümçülükdə ekoloji (təbii) risklər və abiotik amillərin üzümə təsiri” işıq üzü görmüşdür. Bu kitab respublikamızda üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Burada torpaq-iqlim şəraitinin üzümün məhsuldarlığına və keyfiyyətinə təsiri, üzümün becərilməsi üçün lazım olan optimal torpaq və iqlim göstəriciləri, təbiətin yaratdığı eksterimal şəraitin təbii risk amillərinin üzüm bitkisinin inkişafına təsiri, onlara qarşı mübarizə üsulları və onların aradan qaldırılması yolları və s. haqqında məlumat verilir.
“Üzümçülükdə ekoloji (təbii) risklər və abiotik amillərin üzümə təsiri” kitabı üzüm istehsalı ilə məşğul olan fermer, sahibkarlar, həvəskar üzümçülər üçün nəzərdə tutulmuşdur.