Meyvəçilik və Çayçılıq ETİ

 MEYVƏÇİLİK VƏ ÇAYÇILIQ

ELMİ-TƏDQİQAT İNSTİTUTU

İnstitutun yaranması haqqında məlumat: 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun (Ümumittifaq Bitkiçilik İnstitutu) Mərdəkanda quru subtropik bitkilər üzrə, Hirkanda (Lənkəranda) rütubətli subtropik bitkilər üzrə bölmələri kimi əsası qoyulmuş və Şərqi Zaqafqaziya şöbəsi kimi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 saylı qərarı və Kənd Təsərrüfatı Nazirliyinin 22 iyun 2015-ci il tarixli 192 saylı əmri ilə institutun adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılmışdır.

Əsas elmi istiqaməti: elmi-tədqiqat işləri 3 proqram – “Meyvəçilik”, “Subtropik bitkilər” və “Azərbaycan çayı” daxilində yerinə yetirilmiş, bu proqramlara 11 mövzu və 45 iş daxil olmaqla tədqiqat işləri davam etdirilmişdir.

Tədqiqat işləri uzun müddət saxlanmaya yararlı, mövcud sortları məhsuldarlığına görə 10-15% qabaqlayan, əsas xəstəlik və zərərvericilər kompleksinə davamlı tumlu, çəyirdəkli, qərzəkli, subtropik meyvə bitkiləri və çay bitkisinin yüksək məhsuldar və keyfiyyətli sortlarının yaradılması, mövcud sortların öyrənilməsi, bağ və çay plantasiyalarının becərilmə texnologiyalarının təkmilləşdirilməsi və daha mütərəqqi becərmə texnologiyalarının işlənib hazırlanması, meyvə bitkilərinin biokimyəvi xüsusiyyətlərinin və onların emalı texnologiyalarının öyrənilməsi istiqamətində davam etdirilmişdir.

İnstitutunun təşkilatı strukturu: Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mövcud strukturu iki böyük struktur bölməsindən: elmi hissə və istehsalat hissəsindən ibarətdir.

Elmi hissənin tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 10 sentyabr tarixində təsdiq etdiyi ştat çədvəli və institutun 11 sentyabr 2019-cu il tarixli 18 saylı əmri ilə təsdiq edilmiş 5 şöbə və 3 laboratoriya daxildir. Onlar aşağıdakılardan ibarətdir:

  • Meyvə bitkilərinin seleksiyası və becərmə texnologiyası şöbəsi;
  • Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsi;
  • Bitki mühafizəsi şöbəsi;
  • İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi;
  • Istehsalın təşkili və marketinq şöbəsi;
  • Ümumi analitik analizlər laboratoriyası;
  • Meyvə emalı və saxlama texnologiyaları laboratoriyası;
  • Biotexnologiya  laboratoriyası;

Elmi-tədqiqat işlərinin coğrafi təcrübə şəbəkəsi Lənkəran Çay Filialı, Abşeron Təcrübə Stansiyası və Göyçay, Qəbələ, Zaqatala  Dayaq Məntəqələrindən ibarətdir.

İnstitutda cəmi 146 nəfər işləyir, onlardan elmi işçilər-88 nəfər; o cümlədən 5 elmlər doktoru, 13 nəfər fəlsəfə doktorlarıdır.

İnstitutun elmi fəaliyyəti: Genetik ehtiyatların toplanması, saxlanılması və meyvə bitkilərinin sortlarının seleksiyasında istifadə olunması, xəstəlik və zərərvericilərə davamlı  və yüksək məhsuldar sortların yaradılması və  onların yerli şəraitə uyğunlaşdırılması, səmərəli əkin materialı və tingyetişdirmə sistemlərinin hazırlanması, istehsal texnologiyalarının, o cümlədən səmərəli gübrələmə, təhlükəsiz bitki mühafizə vasitələrinin fermer təsərrüfatlarında nümayişi və yayılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, standarta uyğunlaşdırılması və səmərəli marketinq imkanlarını artırmaq üçün məhsulun ilkin emalı, qablaşdırılması, saxlanılması və daşınması texnologiyaları üzrə tədqiqatların aparılmasıdır.

Ünvan: AZ4035 Quba r-n, Zərdabi qəsəbəsi

Telefon: (+994 2333) 4-41-17

Fax: (+994 2333) 4-43-42

E-mail:  mceti1926@gmail.com

Veb-sayt: http://www.mceti.az