Bitki Mühafizə və Texniki Bitkilər ETİ

 Bitki Mühafizə və Texniki Bitkilər  Elmi Tədqiqat İnstitutu

 İnstitutun  yaranması haqqında məlumat: Ötən əsrin 50-ci illərindən başlayaraq kənd təsərrüfatında bitki mühafizəsinin elmi əsaslarla işlənib hazırlanmasına,bitkiçilik məhsullarını zərərverici, xəstəlik və alaq otlarının mənfi təsirindən qorunmasına ciddi zərurət yaranmışdı..Məhz bu zəruri səbəblərdən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu yaradıldı. Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu (AzETBMİ) 22 yanvar 1959-cu il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 60 saylı  qərarı əsasında yaradılmışdır. Təkrar qeydiyyatı 14 avqust 1997- ci ildə aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun bazasında (3 şöbə) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır(BM və TB ETİ).

Əsas elmi istiqaməti: : 2016-2020-ci illər üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin mövzu planına əsasən institutun elmi əməkdaşları tərəfindən müxtəlif mövzularda elmi-tədqiqat işləri respublikamızın müxtəlif bölgələrində.əsasən Gəncə-Qazax,Mərkəzi Aran və Abşeron bölgəsində,Mil,Şirvan və Xaçmaz bölgələrində həyata keçirilir. Ümumilikdə 1-istiqamət,2-problem,8-mövzu üzrə 32- elmi-tədqiqat işləri aparılır. Az.ETBMİ respublika ərazisində becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq və dekorativ bitkilərin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin öyrənilməsi, onların bioekoloji xüsüsiyyətlərinin dəqiqləşdirilməsi və zərərli növlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması ilə məşğuldur. Hal-hazırda xəstəliklərə qarşı bioloji vasitələrin istehsalı, xüsusilə yeni fitonsidlərin, mikrob-antoqonistlərin, Trixoderma, Planriz biopreparatının  və s. hazırlanıb tətbiqi, zərərvericilərə qarşı БTБ, Baverin bioloji preparatların istifadəsi, 9 növ zərərvericiyə aid cinsi feromon tələlərinistehsalı və istifadəsi, brakon və parabüzən xeyirli həşaratlarının çoxaldılaraq sahələrə buraxılması və s. işi genişləndirilir.

İnstitutun strukturu: Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat Institutunun hazırkı strukturunda 12 şöbə (Maliyyə və mühasibat ucotu şöbəsi, hüquq,kadr və kargüzarlıq şöbəsi,informasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi,entomologiya şöbəsi,fitopatologiya şöbəsi,mexanikləşdirmə şöbəsi,təsərrüfat şöbəsi,ictimayyətlə əlaqələr və marketinq şöbəsi,pilot-istehsalat şöbəsi,texniki bitkilərin seleksiyası şöbəsi, texniki bitkilərin toxumçuluğu  şöbəsi, texniki bitkilərin aqrotexnikası şöbəsi) 6- laboratoriyadan(bioloji laboratoriya,pestisidlərin sınağı və herbalogiya laboratoriyası,biotexnologiya laboratoriyası,genetika və genefond laboratoriyası,texnologiya laboratoriyası,aqrokimya laboratoriyası),4-Təcrübə Stansiyasından(Şirvan Təcrübə Stansiyası,Xaçmaz Təcrübə Stansiyası,Abşeron Təcrübə Stansiyası,Mil Təcrübə Stansiyası), 2- Dayaq Məntəqəsindən (Ucar Dayaq Məntəqəsi,Saatlı Dayaq Məntəqəsi) və Gəncə Layihə Axtarış Kimyalaşma Stansiyasından(LAKS) ibarətdir.

İnsitutun elmi fəaliyyəti:Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu bir elmi müəssisə kimi yarandığı dövrdən bitkiçiliyin müxtəlif sahələri üzrə  mövcud olan aktual problemlərin elmi izahının verilməsi kimi məsələlərlə məşgul olur. Bitkilərin zərərli orqanizmlərinin inteqrir idarəetmə tədbirlərinin hazırlanması, tətbiqi və yeni bioloji, kimyəvi vasitələrin sınağı, texniki bitkilərin   yeni məhsuldar sortlarını yaratmaq və toxumçuluq işinin təşkili, torpağın münbitliyini yaxşılaşdıran, məhsuldarlığı artı­­ran  texnologiyaların işlənib hazır­lanması istiqamətlərində davam etdirilir.Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Burada zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, mübarizə tədbirləri hazırlanır. Keyfiyyətli və elmi əsaslarla  işlənən bitki mühafizə tədbirləri aparılmaqla məhsulu zərərverici, xəstəlik və alaq otlarının mənfi təsirindən qorumaq mümkündür.

 Hal-hazırda institut aşağıda qeyd olunan istiqamətlərdə fəaliyyətini davam etdirir:

-       İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri respublika ərazisində açıq və örtülü şəraitdə  becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin, yayılma arealının, başlıca zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin və onların vurduğu zərərin  öyrənilməsi əsasında ekoloji baxımdan təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması.

-       Respublika ərazisində yayılmış karantin zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onların qısa və uzunmüddətli inkişaf proqnozunun hazırlanması.

-       Yüksək rəqabət qabiliyyətliyinə malik ixrac yönümlü, respublika üçün prioritet hesab edilən bitkilərin zərərli orqanizmlərinə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması.   

-       Bitki mühafizəsi məqsədi ilə bioloji vasitələrin istehsalı, sınağı və təsərrüfatlara tətbiqinin təşkili.

-       Respublikaya daxil olan pestisidlərin sınağı, optimal dozalarının müəyyənləşdirilməsi və tətbiq reqlamentlərinin işlənib hazırlanması. 

-       Respublikanın ayrı-ayrı bölgələri üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi.

-       Texniki bitkilərin müasir becərilmə aqrotexnologiyasının işlənib hazırlanması.

-       Texniki bitkilərin (pambıq) ekoloji şəraitin stress hallarına (zərərli orqanizmlərə, quraqlığa, şoranlığa və s. qarşı davamlı) qarşı davamlı sort və hibridlərinin yaradılması və toxumçuluğunun təşkili.

-       Texniki bitkilərin becərilməsi zamanı suvarma suyuna qənaətedici texnologiyanın işlənib hazırlanması.

-       Respublika ərazisində becərilən kənd təsərrüfatı məhsullarında nitrat azotunun və zəhər qalığının müəyyənləşdirilməsi və aidiyyəti orqanların məlumatlandırılması.

-       Respublikada becərilən pambıq sortlarının ixracyönümlülüyünün artırılması məqsədi ilə “pambıq etalon”larının hazırlanması və aidiyyatı qurumların təmin edilməsi.

-       Yüksək məhsuldar və texnoloji keyfiyyətlərə malik, xəstəliklərə, zərər­veri­ci­lərə, quraqlığa, duza davamlı, yarpaqlarını təbii olaraq tökən, yüksək yağ çıxımına ma­lik, tezyetişən pambıq sortlarının yaradılması;

-       Pambıq toxumçuluğu işinin elmi əsaslarla qurulması, elit toxum istehsalına elmi-metodiki köməyin və rəhbərliyin həyata keçirilməsi;

-       Bölgələrdə toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

-     Pambıqçılıq üzrə seleksiya və toxumçuluq istiqamətində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi.

 

Ünvan: AZ 2002, Gəncə şəhəri, Əziz Əliyev küçəsi 91

Telefon: (+022) 68-47-94

E-mail:bitkimuhafizeeti@gmail.com

Veb-sayt: http://www.bmtbeti.az/