Əkinçilik ETİ

Əkinçilik Elmi-Tədqiqat İnstitutu


İnstitutun yaranması haqqında məlumat: Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqda” 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin “Azərbaycan SSR-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqda” 6 iyun 802 saylı qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Azərbaycan ET Əkinçilik İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçir. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə 1993-cü ildə ET Əkinçilik İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılır. 2000-ci ildən etibarən isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Azərbaycan Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənlik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.

Əsas elmi istiqaməti:
• Dənli taxıl, paxlalı və yem bitkilərinin genofondunun toplanması və istifadəsi;
• Biotik və abiotik stress amillərə davamlılığının artırılması;
• Məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi;
• Otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi;
• Yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi;
• Torpaq və su ehtiyatlarından səmərəli istifadə.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun strukturu: Əkinçilik ET İnstitutunun hazırkı strukturuna 8 şöbə:“Bitki seleksiyası”, “Bitki fiziologiyası və biotexnologiyası”, “ Davamlı əkinçilik və bitki diversifikasiyası”, “Otlaq və biçənəklər”, “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi”, “ Hüquq,kadr və kargüzarlığın təşkili”,“Maliyyə və mühasibat uçotu” və “Təsərrüfat”, 5 laboratoriya: “Torpaq və bitki analizləri”,“ Dənin keyfiyyəti”,“Xəstəlik və zərərvericilərə nəzarət”, “İlkin toxumçuluq və toxumun keyfiyyəti”,”Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi”, və “İctimai elmlər və xarici dillər” kafedrası daxildir. İnstititun struktur tərkibində elmi-istehsalat xarakterli tədqiqat işlərinin aparılması məqsədilə 11 təcrübə bazası fəaliyyət göstərir. Onlardan:
4 Bölgə Təcrübə Stansiyası (Tərtər BTS, Qobustan BTS, Zaqatala BTS, Cəlilabad BTS);
3 Dayaq Məntəqəsi (Şəki DM (taxılçılıq istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM;
3 Yardımçı Təcrübə Təsərrüfatı (Ağstafa YTT, Abşeron YTT (taxılçılıq istiqamətli) və Abşeron YTT (yemçilik istiqamətli))
1 Təcrübə Sınaq Stansiyası (Kürdəmir TSS).

Elmi-tədqiqat fəaliyyəti: Əkinçilik ET İnstitutunda 6 problem üzrə 17 mövzuya dair tədqiqat işləri davam etdirilir. Belə ki, dənli, dənli paxlalı və digər bitkilərin 16615 genofondu öyrənilmiş, 3 bitki sortu rayonlaşdırılmış, təsərrüfat-qiymətli əlamətlərə malik sort nümunələri və hibridlər müəyyən edilmişdir.

Ünvan: AZ 1098.Bakı şəhəri, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz
Telefonlar: (+99412) 551 61 30;
                  (+99412) 551 68 19
Fax: (+99412) 551 61 30
E-mail: akinchiliketi@gmail.com
            faiq.xudayev.1974@gmail.com
Veb-səhifə: www.aetei.az