AİM Platforması

TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “AgroTech” müsabiqəsi keçirilir

Bu gün Bakıda innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən biri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı öz işinə başlayıb.  29 may tarixinədək davam edəcək festival "Bakı Kristal Zalı" və Dənizkənarı Bulvar ərazisində təşkil edilib.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Türkiyə Texnologiya Komandası”-T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 8 kateqoriya üzrə texnologiya müsabiqələri keçiriləcək.

Festival çərçivəsində tərəfdaş qurum kimi Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Texnologiyalar” müsabiqəsinin təşkilini həyata keçirir. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların eləcə də Kənd Təsərrüfatı Nazirliyinin məhsul və innovativ həllərinin nümayişinə dair stendlər sərgilənir.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “AgroTech” müsabiqənin keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının daha da yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir. Müsabiqə tələbələr, startapçı və fərdi sahibkarlar arasında təşkil olunub.

Göstərilən platformalarda paylaş:

Digər