AİM Platforması

“Evrika” Elm-İstehsalat Mərkəzi ilə əməkdaşlıq gücləndirilir

Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzinin icraçı direktoru Valentina Qrexovanın iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutlarında görüş təşkil edilib.

Görüşün əsas məqsədi Aqrar İnnovasiya Mərkəzi ilə Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzi arasında imzalanmış müqavilə əsasında yeni elmi təcrübələrin ölkədə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsi  ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də təqdim edilən “Rostok” adlı yeni aqrokimyəvi maddənin ilkin sınaqlarının nəticələri ilə tanışlıqdan ibarət olub.

Görüşdə “Evrika” Elmi-İstehsalat Mərkəzi ilə elmi-tədqiqat müəssisələri arasında gələcək üçtərəfli əməkdaşlığın perspektivləri barədə ətraflı məlumat verilib.

Təmsil olunduğu Mərkəzin missiyası haqqında geniş və əhatəli məlumat verən V.Qrexova hazırlanacaq innovativ məhsulların Azərbaycanda sınaqlarının keçirilməsinə və bu istiqamətdə əlaqələrin daha da dərinləşdirilməsinə böyük maraqlarının olduğunu bildirib. Görüşün sonunda İnstitutların müxtəlif şöbə və laboratoriyalarında aparılan tədqiqat işləri ilə eləcə də  Mərkəz tərəfindən təqdim edilmiş yeni aqrokimyəvi maddənin tətbiq olunduğu açıq və örtülü sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində aparılan sınaq  təcrübələri ilə yaxından tanışlıq olub.

Göstərilən platformalarda paylaş:

Digər