AİM Platforması

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib

İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi   Agentliyinin - AZPROMO-nun təşkilatçılığı  ilə Bakıda Azərbaycan-İsrail   biznes   forumu   keçirilib.

Tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50-dək şirkət iştirak edib.

Biznes  forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov ölkəmizin aqrar sektorunda tətbiq olunan innovasiyalar barədə məlumat verib, İsrailin  müvafiq  qurumları   ilə təcrübə mübadiləsi, texnologiya, kadr hazırlığı, aqrar təhsil və tədqiqatlar sahələri üzrə əməkdaşlıq imkanları olduğunu vurğulayıb.

İsrailin Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyinin baş direktorunun müavini İrina Ettinger-Vaynşteyn ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini, İsrail şirkətlərinin bir sıra sahələrə, eləcə də   aqrar sektorda həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanları diqqətə çatdırıb.

Tədbirdə AZPROMO-nun Azərbaycanın investisiya imkanlarına həsr olunmuş təqdimatı olub.

Biznes forum çərçivəsində iş adamları arasında müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş:

Digər