AİM Platforması

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə torpaqda nəmliyi konservasiya edən yeni aqrokimyəvi maddənin ölkədə ilk dəfə sınaqları keçiriləcək.

Kənd təsərrüfatı sahəsi üzrə innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin tətbiqi, təbliği və təşviqi üzrə metodiki və praktiki dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzi ilə Macarıstanın “Water & Soil” şirkəti arasında torpaqda nəmliyi mühafizə edən yeni aqrokimyəvi maddənin ölkədə suvarma və dəmyə əkinçiliyində müxtəlif sınaqlarının keçirilməsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Bitkilərin məhsuldarlığının artırılmasında və stres şəraitində böyümə və inkişafının normal getməsinə, eləcə də suvarma suyuna 50 faiz qənaət edilməsində mühüm rol oynayan yeni aqrokimyəvi maddənin (Water retainer) sınaqları Kənd Təsərrüfatı Nazirliyininin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə təsərrüfatlarında sınaqlarının aparılması nəzərdə tutulub.

Sözügedən maddənin elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatlarında sınaqdan keçirilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Əkinçilik ET İnstitutunda yeni aqrokimyəvi maddənin təqdimatı keçirilib.

Tədbirdə kənd təsərrüfatı sahəsində yerli və xarici şirkətlərlə həyata keçirilən birgə layihələr, sınağa cəlb ediləcək və tərkibi üzvi, makro və mikro elementlərlə zəngin olan yeni “Su saxlayan” aqrokimyəvi maddə barədə Aqrar İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən məlumat verilib.

Tədbirin yekununda sınaq məqsədilə Azərbaycana gətirilən yeni aqrokimyəvi maddənin cari ilin iyun ayında Əkinçilik ET İnstitutunun Abşeron, Tərtər və Şəkidə olan təcrübə bazalarında qarğıdalının təkrar əkinlərdə sınaqların keçirilməsi qərara alınıb.

Bu gün isə keçirilən tədbirin davamı olaraq Aqrar İnnovasiya Mərkəzi, Macarıstanın “Water & Soil” şirkəti, Əkinçilik Elmi-Tədqqiqat İnstitutu arasında onlayn platforma üzərindən görüş təşkil edilib.

Görüşdə şirkət tərəfindən mütəxəssislərə sözügedən konsentratın kimyəvi tərkibi, üstünlükləri və istifadə qaydalarına dair təlimatlar barədə məlumat verilib.

Göstərilən platformalarda paylaş:

Digər