AİM Platforması

Müsabiqə

2022-ci ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Teknofest”Aerokosmik və Texnologiya festivalı keçiriləcəkdir.
"TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Aqrar İnnovasiya Mərkəzi “ Aqrar texnologiyalar” (AgroTech) müsabiqəsini elan edir. Müsabiqə zamanı tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.
"AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer 6000 manat, II yer 4000 manat, III yer 2000 manat təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 28 fevral 2022-ci ildir.

Göstərilən platformalarda paylaş: